Bu ilin sonu, ya da gələn ilin əvvəlində banklar əməliyyatları BB-dən çıxartmağa başlayacaqlar, çünki onlar ölkənin Aİ-dən sərt çıxmasını gözləyirlərş
BBA bankın lobbist qrupunun rəhbəri Entoni Braun bazar günü Observer qəzetində bir məqalə nəşr etdirdi. Onun nəşr etdirdiyi məqalədə yazılırdı ki, beynəlxalq bankirlər "hazırlıq vəziyyətində" dayanıblar. Bir çox xırda banklar Milad qabağı bizneslərini başqa yerə köçürməyi planlaşdırır, iri banklar isə bu prosesi gələn ilin ilk rübünə planlaşdırırlar.
O, həmçinin heç bir konkret bankın adını çəkmədən məsələni belə aydınlaşdırırdı ki, kredit təşkilatları son anadək gözləyə bilməz və planlaşdırma zamanı onlar ən pis mənzərəyə görə hərəkət etmək məcburiyyətindədirlər, çünki "siyasətçilər və ictimai fikir vəziyyəti yanlış istiqamətə yönəldir".
Bankirlər çıxıb gedərsə, bu vəziyyət xəzinə kansleri Xemmondun kabusuna çevriləcəkdir. O, iqtisadiyyatı büdcə tədbirləri görməklə dəstəkləməyi, saxlamağı planlaşdırırdı.
2014−2015-ci illərdə maliyyə xidmətləri sektoru 66 milyard funt (81 milyard dollar) məbləğində vergi ödəmişdi. Bu da vergi daxilolmalarının ümumi həcminin 11%-i deməkdir, yəni bu məbləğ ölkənin illik müdafiə xərclərindən çoxdur.
Brexit xronikası: Bankirlər Londonu tərk etməyə hazırlaşır
13:53
26 Okt 2016