Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,714.0 milyon manatdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, əhalinin əmanətləri 6,880.7 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,501-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir.
2017-ci ilin 30 iyun tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
Bank sektorunun icmal göstəriciləri açıqlanıb İCMAL
10:11
4 Avq 2017