Azərbaycanda bank sektoru ilə bağlı yeni şirkətlər təsis edilib.
Eləcə də bax: Bakıda 3 yeni audit şirkəti - TƏSİS EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Vergi Xidmətinə istinadən xəbər verir ki, avqustun sonunda «Banking And Financial Training Center» MMC (VÖEN: 1505589071) və «Banking And Finance Development Center» MMC (VÖEN: 1505590021) adlı şirkətlər yaradılıb.
Hər iki şirkətin qanuni təmsilçisi “Turan Bank” ASC-in direktor müavini təyin edilən Vəliyev Elnur Etibar oğludur.
Hər iki şirkətin nizamnamə kaiitalı 10 manat, hüquqi ünvanı eynidir: Nərimanov rayonu, Orucəliyev küçəsi ev.43 m.6
Qeyd edək ki, Elnur Vəliyev, 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər «Unibank»ın Risklərin idarəedilməsi departamentinin direktor müavini, 2021-ci ilin may və avqust aylarında «Rabitəbank»da Daxili nəzarət departamentinin direktoru kimi çalışıb. 2021-ci ilin oktyabrından isə «Turan Bank»a təyin olunub.