İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 audit şirkətini qeydiyyata alıb.
Eləcə də bax: “Tesla Azerbaıjan” adlı şirkət - TƏSİS EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Bakinar Audit” MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Piriyev Abdulla Vaqif oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev.199 m.2. ünvanıdır.
“Audit Ekspress Servis” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Hacıyev Fəhri Ramiz oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR, ev.81 m.49. ünvanıdır.
“Beacon Audit and Consulting” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Məmmədov Asim Nizami oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov ev.6. ünvanıdır.