“Bank Avrasiya” 2018-ci ilin 3-cü rübü üçün maliyyə nəticələrini açıqlayıb.
Eləcə də bax: “Gilan”ın bankının vəziyyəti məlum oldu – HESABAT
FED“Bank Avrasiya”ın “Mənfəət və Zərər” haqqında hesabata əsasən bildirir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün faiz gəlirləri 9 mln 98 min manat, faiz xərcləri 2 mln 66 min manat olub . Sonda, xalis mənfəət 2018-ci ilin 3-cü rübü üçün ilin əvvəi ilə müqayisədə 14,85% artaraq 7 mln 31 min manata yüksəlib.
2018-ci ilin ilk 9 ayında qeyri-faiz gəlirləri 1 mln 2 min manat, Qeyri-faiz xərcləri isə 3 mln 387 min manat təşkil edib. Xalis əməliyyat mənfəəti 4 mln 646 min manat , aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 1 mln 973 min manat olub.
Yekunda, 2018-ci ilin 3-cü rübündə bankın mənfəəti 2 mln 675 min manat təşkil edib. Xatırladaq ki, 2018-ci ilin 2-ci rübü üçün xalis mənfəət 4 mln 645 min manat, 2017-ci ilin yekununda isə 3 mln 267 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycan bankı böyük zərərdə - HESABAT
FED.az “Bank Avrasiya”ın “Balans” hesabatına istinadən xəbər verir ki, bankın 2018-ci ilin 3-cü rübü üçün cəmi aktivləri 6,21% artaraq 164 mln 765 min manat, cəmi kapital isə 0,60% azalaraq 61 mln 508 min manata enib.
Bankın 2018-ci ilin 3-cü rübündə kredit portfeli 92 mln 547 min manat olub. Müqayisə üçün qeyd edək ki, baankın 2018-ci ilin 2-ci rübü üçün kredit potrfeli 90 mln 828 min manat, 2017-ci ilin yekununda isə 74 mln 14 min manat təşkil edib.