“Gilan”ın bankının vəziyyəti məlum oldu – HESABAT
12:22
12 Okt 2018
“AFB Bank” 2018-ci ili 3-cü rübü üçün hesabatını açıqlayıb.
FED.az “AFB Bank”ın “Mənfəət və Zərər” haqqındda hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün faiz gəlirləri 26 933 min manat, faiz xərcləri isə 2 mln 180 min manat olub. Sonda xalis faiz gəlirləri 2018-ci ilin 3-cü rübündə 24 mln 753 min manat olub , lakin bank 2017-ci ilin yekununda xalis faiz gəliri əldə etməyib və dövrü 7 mln 636 min manat xalis faiz zərəri ilə tamamlayıb.
“AFB Bank”ın 2018-ci ilin ilk 9 ayı üçün qeyri-faiz gəlirləri 7 mln 933 min manat, qeyri-faiz xərcləri isə 14 mn 186 min manat təşkil edib. Sonda bank 2018-ci ilin 3-cü rübü üçün 18 mln 500 min manat əməliyyat mənfəəti əldə edib.
Yekunda, “AFB Bank” 2018-ci ilin ilk 9 ayını 7 mln 461 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2018-ci ilin 2-ci rübünü 5 mln 330 min manat mənfəətlə başa vurduğu halda, 2017-ci ili yekununu 12 mln manat məcmu zərərlə başa vurub.
FED.az “AFB Bank”ın “Balans” hesabatına istinadən bildirir ki, bankın cəmi aktivləri 2018-ci ilin 3-cü rübündə ötən ilin eyni dövrü ilə müqayisə də 14,15% azalaraq 420 mln 41 min manat, cəmi kapital isə 4,03% azalaraq 420 mln 41 min manata enib.
Bankın 2018-ci ilin 3-cü rübü üçün kredit portfeli 206 mln 461 min manat olub, xatırladaq ki, bu göstərici ötən rüb 224 mln 768 min manat, 2017-ci ilin yekununda isə 162 mln 744 min manat olub.