“Nikoil Bank” 2018-ci ilin ilk 9 ay üçün hesabatını açıqlayıb. Bankın zərərin hələ də artmaqda davam edir.
FED.az “Noikoil Bank”ın “Mənfəət və Zərər” haqqında hesabata əsasən xəbər verir ki, 2018-ci ilin 3-cü rübündə bankın faiz gəlirləri ilin əvvəli ilə müqayisə də 10,77% azalaraq 50 mln 525 min manat, faiz xərcləri isə 38,42% azalaraq 11 mln 933 min manata enib. Sonda xalis faiz gəlirləri 2018-ci ilin ilk 9 ayı üçün ilin əvvəlinə nəzərən 3,71% artaraq 38 mln 531 min manata çatıb.
Bankın 2018-ci ilin 3-cü rübündə qeyri-faiz gəlirləri 5 mln 375 min manat, qeyri-faiz xərcləri isə 15 mln 658 min manat təşkil edib. Yekunda, bankın əməliyyat mənfəəti 28 mln 248 min manat olub. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 108 mln 149 min manat ayrılıb.
Sonda, bank 2018-ci ilin ilk 9 ayını 79 mln 901 min manat zərərlə başa vurub . Qeyd edək ki, 2018-ci ilin 2-ci rübündə də bankın xalis mənfəəti olmayıb və rübü 45 mln 860 min manat zərərlə başa vurub. Həmçinin də , bank 2017-ci ilin yekununu 28 mln 669 min manat zərərlə başa vurub.
FED.az “Nikoil Bank”ın “Balans” hesabatına istinadən bildirir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün aktivləri ilin əvvəlinə nisbətən 4,96% artaraq 407 mln 149 min manat olub. Lakin onu qeyd etməliyik ki, bankın cəmi aktivləri 2-ci rübdə 446 mln 472 min manat təşkil edib. Başqa sözlə, 3-cü rübdə aktivlər yenidən azalmağa başlayıb.
Bankın cəmi kapital isə 2018-ci ilin 3-cü rübündə ilin əvvəli ilə müqayisə də 2,72 dəfə artaraq 69 mln 285 min manat olub. Kredit portfeli isə 2018-ci ilin ilk 9 ayında 184 mln 557 min manat olub.