Bakı şəhəri “Z/Yen Group Ltd” maliyyə və konsaltinq şirkətinin hər 6 aydan bir dərc etdiyi dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində 119 şəhər arasında iki pillə geriləyərək 116-cı yeri tutub.
Eləcə də bax: Vladimir Putin: "Bəziləri İrəvanı deyil, Bakını seçir"
FED.az xəbər verir ki, Bakı şəhərinin göstəricisi – 556 baldır (ötən reytinqdən +37).
“The Global Financial Centres Index” (GFCI) indikatorunu hesablayan “Z/Yen Group Ltd” maliyyə və konsaltinq şirkətinin icmalında deyilir ki, Nyu-York şəhəri dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında birinci yerdədir.
Reytinqdə Nyu-York 4 il öncə Londonu geridə qoyub və o vaxtdan etibarən liderliyini qoruyur. Martda dərc olunan reytinqin əvvəlki versiyası ilə müqayisədə Nyu-York 1 bal toplayaraq 760 göstərici ilə liderdir. London 5 bal toplayaraq 731-ci yerdə qərarlaşıb.
İlk üçlüyə Sinqapur daxildir. Honkonq – 4-cü, San-Fransisko – 5-ci, Şahxay – altıncı, Los-Anceles- yeddinci, Pekin – səkkizinci, Şençjen – 9-cu, Paris isə 10-cu yerdə qərarlaşıb.
Sidney bir anda 10 yer yüksələrək 13-cü pilləni tutub, Berlin isə 16 mövqe irəliyərək 26-cı yerdə qərarlaşıb.
Indeksdə ən sürətli enişi 26 pillə geriləyərək 95-ci yerdə qərarlaşan Cakarta nümayiş etdirib. Liderlər arasında yeddi pillə aşağı düşən və 16-cı yeri tutan Tokio məyus edib.
İstanbul 13 mövqe itiirərək 77-ci yerdə, Tehran isə 6 pillə irəliləyərk 112-ci yerdə qərarlaşıb.
Moskva 51-ci mövqedən 73-ə enib, Sankt-Peterburq isə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən 17 mövqe itirərək 114-cü yerdə qərarlaşıb.
Nur-Sultan 8 mövqe irəliləyərək 66-cı yerdədir, Almatı isə əksinə, 14 mövqe itirərək 89-cü yerdə qərarlaşıb.
Tallin - 93-cü (+ 11), Riqa – 107-ci (+5) yerdədir.
Dünyanın ən böyük maliyyə mərkəzləri reytinqi ilk dəfə 20027-ci ildə dərc olunub və hər 6 aydan bir yenilənir (hazırki buraxılış sayca 32-dir). Son reytinq 11,9 mindən çox respondentin rəyi əsasında tərtib edilib. (İnterfaks-Azərbaycan)