“Üzrlü say Nikol, (Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edir- red.), Nikol cavab vermədən əvvəl demək istəyirəm ki, Rusiyaya daha çox erməni gəlib, 2 milyondan çox".
Eləcə də bax: Nikol Paşinyan: “Azərbaycanla sərhədin açılmasında maraqlıyıq”
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda VII Şərqi İqtisadi Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bildirib.
Forumun plenar iclasının moderatoru İlya Doronov Ermənistanın Rusiyadan “əmək miqrantlarının axını” ilə üzləşdiyini qeyd edərək Nikol Paşinyandan rusiyalıların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların hansı rol oynadığını soruşub.
Ona cavab olaraq Vladimir Putin deyib: “Üzrlü say, Nikol. O cavab verənədək demək istəyirəm ki, Rusiyaya daha da çox erməni gəlib, 2 milyondan çox. Biz Rusiya biznesinə fayda verən hər addımı alqışlayırıq. Siz İrəvanda işləyib, Moskvada yaşaya bilərsiniz. Buna heç nə mane olmur. Rusiyadan gedənlərin çoxu artıq geri qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir. Kimsə Ermənistanda işləməyi sevirsə, buyursun”.
Rusiya Prezident əlavə edib ki, rusiyalıların bəziləri işləmək üçün İrəvanı yox, Bakını seçirlər: “Eləcə də Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb”.(Report)