"Standard & Poor's" (“S&P") beynəlxalq reytinq agentliyi Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) uzunmüddətli və qısamüddətli kredit reytinqini “A-/A-2” səviyyəsindən “A/A-1” səviyyəsinə çatdırıb.
Eləcə də bax: “Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini - TƏSDİQLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, reytinqi üzrə proqnoz "Sabit"dir.
“S&P" bəyan edib ki, kredit reytinqinin artırılması son 3 ildə BSTDB-nin sağlam kredit portfelinin artmasına, eləcə də Bankın səhmdarlarının kapital artımı ilə bağlı son qərarına əsaslanır.