“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada emitent defolt reytinqini (BDR) “BB+” səviyyəsində təsdiqləyib.
Eləcə də bax: Samir Şərifov: “İpoteka Kredit Fondunda kifayət qədər vəsait var”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçininqeyd olunub ki, İKZF-ın reytinqi üzrə proqnozu "Stabil"dir.
“İpoteka və Kredit Zəmanət Fondunun Azərbaycan Respublikası ilə möhkəm əlaqəsi (BB+/Stabil) və kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsini asanlaşdırmaqla əlverişli mənzil təminatında və biznes mühitinin inkişafında Fondun strateji əhəmiyyətinə dair dəyişməz mövqeyini əks etdirir", - “Fitch" bildirir.