2023-cü ilin birinci yarısında Azərbaycanın rezidentlərinin xaricdə birbaşa xarici investisiyaları $620,261 milyon təşkil edib, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 19,5% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Həmçinin, əgər cari ilin birinci rübündə Azərbaycanın rezidentləri xaricdə $289,896 milyon dəyərində investisiya həyata keçiriblərsə, ikinci rübdə onların həcmi $330,365 milyon təşkil edib.
AMB-nin məlumatına görə, birinci yarımillikdə Azərbaycanın rezidentləri daha çox Niderland iqtisadiyyatına investisiya yatırıblar - $97,044 milyon (+38,8 dəfə) və ya dövr ərzində bütün birbaşa xarici investisiyaların 15,6%-ni.
Azərbaycanın rezidentlərinin birbaşa xarici investisiya həyata keçirdikləri ölkələrin TOP-5-nə həmçinin Honkonq ($77,567 milyon, artım 10,2 dəfə), BƏƏ ($62,557 milyon, azalma 52,8%), ABŞ ($56,23 milyon, artım 72%), Gürcüstan ($45,6467 milyon, artım 2,9 dəfə) daxildir.
Azərbaycanın rezidentləri Türkiyə iqtisadiyyatına $43,582 milyon (-27,1%) yatırım həyata keçiriblər.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın rezidentləri RF-yə birbaşa xarici investisiyaları 12,3 dəfə - $30.577 milyonadək artırıblar, bu da xaricdə bütün investisiyaların 4,9%-ni (2022-ci ilin yanvar-iyun aylarında – 0,5%) təşkil edib.
2022-ci ildə Azərbaycanın rezidentlərinin aricdə birbaşa xarici investisiyaları $1 milyard 152,617 milyon təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 39,6% çoxdur. (İnterfaks-Azərbaycan)