2017-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi təxminən 7,7 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 38% çoxdur.
FED.az xəbər verir ki, ölkənin Milli Bankının statistik məlumatlarına görə, cari ilin iyun ayında Azərbaycandan qonşu ölkəyə təxminən 1,3 mln. dollar və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 25% çox pul köçürülüb.
2017-ci ilin yanvar-iyun aylarında xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi təxminən 629 mln. dollar təşkil edib. Pul köçürmələrinin həcminə görə Rusiya birinci yerdədir. Cari ilin ilk yarım ili ərzində bu ölkədən Gürcüstana pul köçürmələrinin həcmi təxminən 208 mln. dollar təşkil edib.