Bakı Fond Birjası (BFB) bu ilin yanvar-iyun aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.
Renkinqə 2,419 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 1,128 mlrd. manatla "“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 1,101 mlrd.manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 787,1 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 105,3 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 47,8 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Unicapital | 2 419 755 097,72 |
2 | PAŞA Kapital | 1 128 138 822,17 |
2 | İnvest-Az | 1 100 677 834,41 |
3 | AzFinance | 787 057 069,52 |
4 | PSG Kapital | 105 302 034,76 |
5 | Kapital Menecment | 47 805 709,07 |