Təxminən 1 il bundan əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilmiş “Ağan Kredit İttifaqı” MMC (İmişli rayonu) yenidən əvvəlki təşkilati-hüquqi formaya qayıdıb və kredit ittifaqına çevrilib. Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, sözügedən maliyyə qurumu BOKT kimi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra nizamnamə kapitalının BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat olmasını əsas gətirərək lisenziya üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata isə bu müraciətə mənfi cavab verib və İttifaqa əvvəlki təşkilati-hüquqi formaya qayıtmaq tövsiyə olunub. “Ağan”a BOKT lisenziyasının verilməməsinin səbəbi açıqlanmır.
Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 335 manatdır.