2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 37 645,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın neft bölməsində istehsal olunmuş əlavə dəyər 6,9 faiz azalıb, qeyri-neft bölməsində isə 2,2 faiz artıb.
Ümumi daxili məhsulun 41,1 faizi sənayedə, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,9 faizi tikintidə, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,6 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3875,6 manata bərabər olub.