Bu il Azərbaycanda nominal ÜDM-in həcmi 2014-cü ildən bəri ilk dəfə 50 mlrd. ABŞ dollarını keçəcək.
Eləcə də bax: BVF: AMB-nin valyuta ehtiyatları növbəti beş ildə ortalama 2,2% artacaq - CƏDVƏL
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə uzunmüddətli proqnozlarında əks olunub.
Bu ilin gözləntilərinə görə, Azərbaycanda nominal ÜDM-in həcmi 52,645 mlrd. dollar təşkil edəcək.
Proqnozlara görə, 2022-ci ildə ölkədə nominal ÜDM-in həcmi 54,725 mlrd. dollar, 2023-cü ildə 55,975 mlrd. dollar, 2024-cü ildə isə 57,604 mlrd. dollar, 2025-ci ildə 59,556 mlrd. dollar, 2026-cı ildə isə 61,797 mlrd. dollar təşkil edəcək.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanda nominal ÜDM-in istehsalı 47,464 mlrd. dollar təşkil edib. 2020-ci ilin yekunlarına görə isə nominal ÜDM-in həcmi 42,607 mlrd. dollara bərabər olub.
Xatırladaq ki, sonuncu dəfə ölkədə nominal ÜDM-in istehsal həcmi 50 mlrd. dolları devalvasiyadan qabaq 2014-cü ildə keçib. Həmin il Azərbaycanda 75,188 mlrd. dollar dəyərində ÜDM istehsal olunub.