Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 8,675 mlrd. dollar təşkil edəcək.
Eləcə də bax: BVF: Azərbaycan daha çevik məzənnə rejiminə keçidi - NƏZƏRDƏN KEÇİRİLMƏLİDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, BVF-yə görə, bu son göstərici ilə müqayisədə (30.11.2021) 23,6%, ilin əvvəli müqayisədə isə 36,2% çoxdur. Lakin uzunmüddətli proqnozlara gəldikdə, BVF 2022-2026-cı illərdə AMB-nin valyuta ehtiyatlarının ortalama 2,2% artacağını proqnozlaşdırır.
BVF-nin proqnozları:
İllər |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
2026 |
Ehtiyatlar, mlrd. $ |
8,675 |
8,875 |
9,075 |
9,275 |
9,475 |
9,675 |
İllik dinamika |
36,2% |
2,3% |
2,3% |
2,2% |
2,2% |
2,1% |