Azərbaycanda regionların kreditləşməsi illik müqayisədə 779,055 mln. manat və ya 25,72% azalaraq cari il mayın 1-nə 2 249,96 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cəmi kreditlərdə regionların xüsusi çəkisi də azalıb. Regionların payı illik 1,59 faiz bəndi azalaraq 2017-ci il mayın 1-nə 14,56%-ə enib.
Hesabata əsasən, cari il mayın 1-nə əsasən, Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən verilən kreditlərin 13 203,552 mln. manatı və ya 85,44%-i Bakı şəhərinin payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə kreditləşmənin 15 729,667 mln. manatı və ya 83,85%-i Bakı şəhərinin payına düşüb.