Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 17 937,6 milyon manat təşkil edib.
Eləcə də bax: Mərkəzi Bank: manat rəqibləri qarşısında aybaay - MÖHKƏMLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, dekabrın 1-i ilə müqayisədə 3 milyard 658,5 milyon manat və yaxud 25,6 % çoxdur.
Ölkədə pul bazası son 1 ildə isə 4 milyard 373,4 milyon manat və yaxud 32,25% artıb.