2021-ci ilin oktyabrında Azərbaycan manatının məzənnəsi tərəfdaş ölkələrin valyutaları qarşısında möhkəmlənib. Bu da son iki ayda ardıcıl artım tendensiyasının davam etməsidir.
Eləcə də bax: Bank sektorunun əsas göstəriciləri - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
2021-ci ilin oktyabr ayında manatın ticarət tərəfdaşları valyutalarının qarşı real effektiv məzənnəsi 105.5 bənd təşkil edib.
Bu da son bir ayda 2.1 bənd, 2.03% artım deməkdir. İlin əvvəlindən isə 5.6 bənd, yaxud 5.6% artmışdır.
Qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi (REM) 101.4 bənd təşkil edib ki, bu da son ayda 1.5 bənd artım deməkdir.
REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.
Real effektiv məzənnə |
||
Tarix | ümumi | qeyri-neft sektoru üzrə |
Yanvar 2020 | 99.6 | 93.3 |
Fevral 2020 | 101.7 | 95.4 |
Mart 2020 | 104.9 | 100.3 |
Aprel 2020 | 107.4 | 102.7 |
May 2020 | 106.3 | 101.3 |
İyun 2020 | 102.8 | 98.3 |
İyul 2020 | 102.1 | 97.9 |
Avqust 2020 | 101.5 | 98.1 |
Sentyabr 2020 | 102.5 | 99.1 |
Oktyabr 2020 | 103.1 | 99.9 |
Noyabr 2020 | 102.7 | 99.3 |
Dekabr 2020 | 100.3 | 97.1 |
Yanvar 2021 | 99.9 | 96.8 |
Fevral 2021 | 100.6 | 97.3 |
Mart 2021 | 102.2 | 98.9 |
Aprel 2021 | 104.0 | 100.8 |
May 2020 | 102.4 | 99.2 |
İyun 2021 | 101.5 | 98.2 |
İyul 2021 | 102.7 | 99.4 |
Avqust 2021 | 102.4 | 99.1 |
Sentyabr 2021 | 103.4 | 100.0 |
Oktyabr 2021 | 105.5 | 101.4 |