İyun ayında Azərbaycanda pul bazası artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 485,8 mln. manat artıb.
Başqa sözlə, iyunda ölkədə pul bazası 6,24% artaraq 8 274,5 mln. manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 585,1 mln. manat və ya 7,61% artım deməkdir.