Bu günə Azərbaycanda pul bazası 14 621,2 milyon manat təşkil edib.
Eləcə də bax: AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən - 11% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 0,8% çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,8% çox, son 1 ildə isə 20,8% artıb.