Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 593,7 milyon manat təşkil edib.
Bank sektoru üzrə son rəqəmlər açıqlandı - 914.5 MİLYON MANAT XALİS MƏNFƏƏT
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 7,4 % azdır.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,5 % azalıb.
Ötən il dekabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,9 % təşkil edib. Bu nisbət noyabrın sonuna 3,2 %, əvvəlki ilin sonuna isə 4,2 % olub. (Report)