Azərbaycanda ilk dəfə olaraq kriptovalyuta ticarətinin tənsimlənməsi haqqında qanun qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb.
FED.az xəbər verir ki, yaradılan qrup digər ölkələrin kriptovalyuta istifadəsi təcrübələrini analiz etməli və onları Azərbaycan şərtlərilə reallıqlarına uyğunlaşdırmalıdır. Qrupun tərkibinə daxil olan maliyyə və telekommunikasiya sahələri üzrə mütəxəssislər hesab edirlər ki, bu layihənin hazırlanması günün tələbidir.
İşçi qrupunun üzvü Fərhad Əmirbəyov hesab edir ki, kriptovalyutada çox şey hələ tam aydın olmasa da bundan geri qalmaq təhlükəlidir:
“Azərbaycan hökuməti adekvatdır. Bir tərəfdən də tələsmir. Ona görə ki, kriptovalyutalar yeni bir fenomendir. Bir fakt da ondan ibarətdir ki, çox şey hələ tam aydın deyil. Amma qeri qalmaq da təbii ki, təhlükəlidir. Hər halda biz görürük ki, rəqəmsal iqtisadiyyat inkişaf edir. Bu yeni bir fenomen olsa da, dünya son 10 il ərzində bu istiqamətdə kifayət qədər təcrübə də qazanıb. Hər halda qanun layihəsi müzakirə olunursa, bu məsələlər artıq gündəmdədir.
Məsələyə münasibət bildirəm millət vəkili Vahid Əhmədov isə virtual valyutaların arxasında dayanıqlı əmsal görmədiyini bildirib. Onun fikrincə bazarın inkişaf edib-etməyəcəyini zaman göstərəcək:
“Kriptovalyuta ümumiyyətlə virtual ödəniş növüdür. Bu həm ödəniş üçün, həm də investisiya yatırımı üçün istifadə edilə bilər. Amma dünya iqtisadiyyatında buna bir o qədər də inam yoxdur. Çünki bu həm milli valyuta deyil, həm də valyuta anlayışından bir qədər kənardır. Bundan yalnız internet sistemində elektron ödəniş kimi istifadə etmək mümkündür. Bir sıra dövlətlər, məsələn ABŞ-da kriptovalyuta əməliyyatlarına vergi də tətbiq edilir. Çində isə kriptovalyuta, xüsusi qanunla tamamilə ləğv edilib. Digər dövlətlərdə isə istifadə edilir. Azərbaycanda da kriptovalyutanın istifadəsi ilə əlaqədar olaraq xüsusi komissiya yaradılıb. Tək Azərbaycanda deyil, ümumən bütün dünyada kriptovalyutanın vəziyyəti öyrənilir ki, bu virtual valyuta ölkə iqtisadiyyatına nə verə bilər. Hesab edirəm ki, kriptovalyutanın istifadəsi ümumiyyətlə hələlik tezdir. Çünki bunun üçün ilk olaraq onun dünya maliyyə bazarlarına təsirini geniş öyrənmək lazımdır”.
Azərbaycanda kriptivalyuta ilə bağlı işçi qrupu yaradılıb
13:34
10 Fev 2018