Azərbaycanda bankassurance modelinin (bank-sığorta modeli) tətbiqinə başlanılır.
Azərbaycanda sığrota şirkətlərinin xalis mənfəətliliyi artıb
FED.az xəbər verir ki, bununla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Banklar Assosiasiyası arasında saziş imzalanıb.
Bildirib ki, yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsini, sığorta məhsullarının birgə inkişaf etdirilməsini nəzərdə tutur.
İlk addım olaraq istehlak kreditləri müştərilərinin həyat sığortasının genişləndirilməsi nəzərdə tutulub. İstehlak kreditləri üzrə həyat sığortası müştərilərin ölüm və əlillik risklərinə qarşı əlverişli sığorta təminatını həyata keçirir.
Bu məqsədlə uğurlu dünya təcrübələri dərindən öyrənilmiş, yerli xüsusiyyətlər tədqiq edilmiş, bu əsasda istehlak kreditləri müştəriləri üçün həyat sığortası mexanizminin daha əlverişli şərtlərlə formalaşdırılması qərara alınıb.