Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm həyat, həm də qeyi-həyat sığorta şirkətləri daha çox mənəət generasiya etmişdirlər.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Belə ki, 2022-ci ilin ilk yarısı ilə müqayisədə həyat sığortası şirkətləri üzrə xalis mənfəət 12 mln. manat və ya 35,3% artaraq 46 mln. manat təşkil edib.
Keçən ilin müvafiq dövründə bu rəqəm 34 mln. manat təşkil edib.
Qeyri-həyat sığorta şirkətləri üzrə isə 11 mln. manat və ya 58% artaraq 32 mln. təşkil edib.
Keçən ilin müvafiq dövründə bu göstərici 21 mln. manat olub.
Hər iki qrup üzrə artımın drayveri əsas əməliyyat gəlirlərinin artımı ilə bağlıdır.