Bu həftənin sonunadək Azərbaycanda bank ombudsmanı fəaliyyətə başlayacaq.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) verilən məlumata görə, ombudsman təşkilatı assosiasiya nəzdində fəaliyyət göstərəcək.
Bank ombudsmanına 2 min dollaradək maliyyə mübahisələrinin həll olunması üçün müraciət etmək mümkün olacaq.
ABA-dan bildirilib ki, müraciətlərin qəbul edilməsi üçün www.bankombudsman.az saytı hazırdır.
Bank ombudsmanının əsas məqsədi banklara və onların müştərilərinə müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi və ya ləğv olunması ilə bağlı məsələləri məhkəməyə qədər həll etməkdən ibarətdir.