Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Fed.az"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 406,839 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,82 mln. manat, “Zaminbank” ASC - 50,974 mln. manat, “Kredobank” ASC - 17,979 mln. manat, “Dekabank” ASC - 2,85 mln. manat, “Atrabank” ASC - 13,902 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,846 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 141,43 mln. manat kompensasiya alıblar.