Azərbaycanda bu ilin yanvar-may aylarında "Apple Pay" və "Google Pay" həllər vasitəsilə ödənişlər müvafiq olaraq 327 milyon və 107 milyon manat təşkil edib.
Azərbaycanda telefonla ödənişləri qəbul edən - TAPTOPHONE HƏLLI İSTİFADƏYƏ VERİLİB
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisində "Müasir bankçılıq və maliyyə ekosisteminin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı paneldə deyib.
Onun sözlərinə görə, mayın əvvəlinə Azərbaycanda ödəniş kartların sayı 18 % artıb:
"Bu kartların 70 %-indən çoxu təmassızdır. Onu da qeyd edim ki, yanvar-may aylarında nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 12,2 milyard manat təşkil edib. Ümumi dövriyyədə nağdsız ödənişlərin çəkisi payı 11,8 faiz bəndi artaraq 52 %-ə çatıb". (Report)