Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı qeyri-faiz gəlirləri 15 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda bankların qeyri-faiz gəlirləri üzrə - RENKİNQİ (30.06.2021)
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (136,999 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (99,33 milyon manat), “PAŞA Bank” (59,853 milyon manat), “Unibank” (18,209 milyon manat) və “Muğan Bank” (15,4 milyon manat) ASC-lərdir.
Qalan 21 bankdan 2-də qeyri-faiz gəlirləri 10-15 milyon manat arasında, 16 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)