Azərbaycanda reaktiv mühərrik üçün yanacaq idxal rüsumundan azad edilib.
Avqustun 10-u Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərara müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərara etdiyi dəyişikliklərə əsasən isə, reaktiv mühərrik üçün kerosinə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 80 manatdan 1 manata endirilib.
Bu qərarlar 90 gün müddətində qüvvədə olacaq.