"Anadolu İnvestment Company" MMC yenidən təşkil olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyindən bildirilib.
Məlumata görə, buna səbəb "Park Moda" MMC-nin fəaliyyətinə xitam verərək ona qoşulmasıdır. Son nəticədə "Anadolu İnvestment" şirkəti "Park Moda"nın hüquqi varisi olub.
Xatırladaq ki, "Anadolu İnvestment Company" həmçinin "Azərbaycan Sənaye Bankı" ASC-nin 94,25%-lik səhmdarıdır.
report©