Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 256,6 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 13,5% azdır. Belə ki, ötən ilin ilk doqquz ayında bu göstərici 3 764,4 mln. manata bərabər idi.
Eləcə də bax: Azərbaycan 9 ayda 1 milyard manatdan çox - BORCLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə " Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən məlumat verilir.
Təkcə sentyabr ayında xarici müəssisə və təşkilatlar tərəfindən ölkə iqtisadiyyatına 332,2 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 24,1% azdır.
"Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 083,9 mln. manatı və ya 94,7%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya, Hindistan və İran sərmayədarlarına məxsus olub", - komitənin məlumatında deyilir.
Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların həcminin 0,2% artaraq 5 924,9 mln. manat təşkil edəcək. Xarici investisiyaların 2022-ci ildə 4,6% azalaraq 5 772,5 mln. manata, 2023-cü ildə 16,1% azalaraq 4 950 mln. manata, 2024-cü ildə isə yenidən artaraq (+10%) 5 562 mln. manata bərabər olacağı gözlənilir.