Sabah Azərbaycan hökuməti, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbərliyi arasında görüş keçiriləcək. FED.az İnterfax-a istinadən xəbər verir ki, görüşdə “Nağdsız hesablaşmalar haqqında” qanunundan irəli gələn məsələlər müzakirə olunacaq.
“Görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sədri Rüfət Aslanlı, ABA prezidenti Zakir Nuriyev, ASK-nınprezidentiMəmməd Musayev, Vergilər Nazirliyi və bank sektorunun nümayəndələri iştirak edəcəklər”, - deyə bank bazarındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” qanun əsas müzakirə mövzusu olacaq.