2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan banklarının biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.
Eləcə də bax: 25 bankın vəziyyəti məlum oldu, 23 mənfəət, 2 zərər – BANKLARIN SİYAHISI – YENİLƏNİR
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2022-ci il iyunun 30-na bankların kredit portfeli 18 milyard 320 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10%- İF) həcmində qiymətləndirilir.
Yanvar-iyun aylarında bankların biznes kreditləri üzrə portefli 7,6% - 10 milyard 481,7 milyon manatadək və ya bankların bütün kredit portfelinin 57,2%-i səviyyəsində artıb (2022-ci ilin ikinci rübündə portfel 2,9%, birinci rübdə - 4,5% artıb).
Hesabat dövründə bankların istehlak kreditləri üzrə portfeli 14,8% - 5 milyard 189,8 milyon manata qədər artıb, xüsusi çəki 28,3% təşkil edib (cari ilin ikinci rübündə portfel 7,4%, birinci rübdə - 6,9% artıb).
I yarımillikdə bankların ipoteka kreditləri üzrə portfeli 10,3% - 2 milyard 648,5 milyon manata qədər (bankların bütün kredit portfelinin 14,5%-i) artıb (cari ilin ikinci rübündə portfel 8,3%, birinci rübdə - 4,7% artıb).
2022-ci il iyunun 30-na Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir. (İnterfaks-Azərbaycan)