Azərbaycan bankları 2022-ci ilin 2-ci rübünün nəticələrini açıqlayırlar.
Eləcə də bax: Bu bank 40% böyüyüb, depozit və kreditləri - KƏSKİN ARTIB - MƏNFƏƏTDƏDİR
FED.az bankların nəticələrini onlayn rejimdə (fasiləsiz yeniləyərək) təqdim edir.
Xatiırladaq ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir. İndiyədək onlardan 25 bank (“Paşa Bank” istisna olmaqla) nəticələrini açıqlayıb.
Yarım ilin nəticəsi olaraq 23 bank mənfəət, 2 bank zərər açıqlayıb.
Hələlik ən böyük mənfəət əldə edən banklar - Azərbaycan Beynəlxalq Bankı – ABB – 118,4 milyon manat, «KapitalBank» - 127 milyon manat, «Bank Respublika» - 38,8 milyon manat, «Bank of Baku» - 18,5 milyon manatdır.
«Xalq Bank» -11,8 milyon manat, «AFB Bank» - 8,7 milyon manat mənfəət əldə edib.
Ən kiçik mənfəəti "Premium Bank" - 78 min manat və "Gunay Bank" - 88 min manat - açıqlayıb.
Hələlik yalnız 2 bank zərər açıqlayıb – “Bank BTB” ilk yarım ili 5,3 milyon manat, Pakistan Milli Bankının Bakı filialı 271 min manat zərərlə bağlayıb.