Azərbaycan Maliyyə Nazirliyinin 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarına çıxardığı istiqrazların qiyməti rekord həddə çatıb. Bu barədə "Kapital Menecment İnvestisiya Şirkəti" QSC-nin analitiki Cəfər ibrahimli məlumat verib.
Onun sözlərinə görə, nominal dəyəri 1 000 ABŞ dolları olan 1,25 mln. avrobond (1,25 mlrd. dollarlıq) hazırda bazarda illik 4% gəlirliliklə realizə edilir: "Qiymətli kağızlar nominal dəyərinə nisbətdə 104,25%-lə (1 042,5 dollara) alınır, 104,75%-lə (1 047,5 dollara) isə satılır. Halbuki, illk kupon faizi 4.75% olan avrobondlar illik 5% gəlirliliklə yerləşdirilib. Yəni, ölkəmiz üçün borclanma faizi 5% olub".
"Bu ilin fevralında manatın təkrar devalvasiyasından sonra bu istiqrazların alış-satış qiyməti nominal dəyərinin 98-99%-i qədəri olub. İndisə alış-satış qiymətində 6-7 faiz bəndi fərq var. Yəni, 8-9 ay bundan əvvəl Azərbaycan avrobondlarını alanlar bu müddətdə dollarla 6-7% gəlir əldə etmiş olublar", - deyə C.İbrahimli qeyd edib.
Onun sözlərinə görə, bu, ikili devalvasiyaya və iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanın mövqeyinin kapital bazarında kifayət qədər yaxşılaşması deməkdir: "Maliyyə Nazirliyi manatla buraxdığı istiqrazlara 15-20% gəlirlilik vəd etməklə bərabər, dollarla avrobondlar
Report©