Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb.
Bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində yazılıb.
Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir.
Qeyd edək ki, Azərbaycan YUNESKO-nun donorlarından biridir. 2013-cü ildə Azərbaycanla bu qurum arasında imzalanmış çərçivə sazişinə əsasən ölkə Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirir.