Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə heyəti bu il oktyabr ayının 18-də Transanadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün 500 milyon dollar həcmində kreditin ayrılması məsələsini müzakirə edəcək. Bu vəsait “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim ediləcək.
Qeyd edək ki, TANAP layihəsinin ümumi dəyəri 8,6 milyard dollar təşkil edir.