Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini 0,75% bəndi artırıb. Faizin bu həcmdə artırılması son 24 ildə ilk dəfə qeydə alınıb.
Eləcə də bax: Avropa Bankı 11 ildə ilk dəfə - FAİZ ARTIRDI
FED.az xəbər verir ki, uçot faiz dərəcəsi proqnozlaşdıldığı kimi 0,50%-dən 1,25%-ə qaldırılıb.
Həmçinin, ECB depozit faiz dərəcəsini (bankların mərkəzi bankda saxladıqları əmanətlər üçün ödənilən faiz dərəcəsi) 0%-dən 0,75%-ə, marjinal faiz dərəcəsi isə 0,75%-dən 1,50 %-ə qaldırılıb.
Qeyd edək ki, bundan öncəki 21 iyul iclasında Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 0.00%-dən 0.50% bəndə qaldırılmışdı. (Apa)