Avropa Mərkəzi Bankının idarəçilər şurası 3 əsas uçot dərəcəsini 50 faiz bəndi artırmaq barədə qərar qəbul ediblər.
Eləcə də bax: Avrozonada ən yüksək illik inflyasiya Estoniyada - QEYDƏ ALINIB
FED.az xəbər verir ki, bu barədə bankdan açıqlama verilir. Qərara əsasən, iyulun 27-dən etibarən bazar uçot dərəcəsi 2011-ci ildən bəri ilk dəfə olaraq 0,5%-ə, depozitlər üzrə faiz dərəcəsi 0%-ə, qısamüddətli kreditlər üzrə faiz dərəcəsi isə 0,75%-ə qaldırılıb.
Avropa Mərkəzi Bankı onu da elan edib ki, bankın yaxınlarda olan növbəti iclaslarında faiz dərəcələrinin bundan sonra da normallaşdırılması istisna edilmir.