Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək illik inflyasiya Estoniyada qeydə alınıb.
Eləcə də bax: ABŞ-da inflyasiya rekord - YENİLƏDİ
FED.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (“Eurostat”) məlumat verib.
Qeyd edilib ki, Estoniyada illik inflyasiya 22%, Litvada 20,5%, Latviyada isə 19,2% olub.
İnflyasiyanın ən aşağı olduğu ölkələr isə Malta (6,1%) və Fransadır (6,5%).
Bildirilib ki, Avrozonada inflyasiyanın səviyyəsi iyunda ötən ayla müqayisədə artaraq 8,6% təşkil edib. Xatırladaq ki, Avrozonada may ayında inflyasiya, təxminən, 8,1% olub. (Report)