Çərşənbə günü Moskva birjasında valyuta ticarəti zamanı avronun məzənnəsi 29 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 75 rubldan yuxarı qalxıb.
Rusiyada dollar daha da - BAHALAŞDI
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:39-a olan məlumata görə, avronun məzənnəsi 2,18% artaraq 75,02 rubl təşkil edib.
Eyni zamanda, dolların məzənnəsi 2,07% artaraq 70,3 rubla, yuanın məzənnəsi isə 1,72% artaraq 10,06 rubla yüksəlib. (Marja)