Çərşənbə günü səhər Moskva birjasında valyuta ticarəti zamanı dolların məzənnəsi mayın 11-dən bəri ilk dəfə olaraq 70 rubldan yuxarı qalxıb.
ADB: “Azərbaycanda manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir”
FED.az ticarət məlumatlarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:12-ə olan məlumata görə, dolların məzənnəsi 1,7% artaraq 70,04 rubla yüksəlib.
Eyni zamanda, avro 74,06 rubla (+0,87%) yüksəlib. Yuanın məzənnəsi isə 0,81% artaraq 9,983 rubl təşkil edib.
Dekabr ayında Dollar Rubl qarşısında təxminən 15% bahalaşıb. (Marja)