Bazar ertəsi avro yapon valyutası (yen) qarşısında bahalaşıb, 2015-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb.
Eləcə də bax: Avro dəyər qazanmaqda davam edə bilər - Birjalarda Son Vəziyyət
FED.az xəbər verir ki, ticarət məlumatlarına görə, Tokio vaxtı ilə saat 12:00-a (Bakı vaxtı ilə 07:00) avro 140 yendən baha əməliyyat edilib ki, bu da cümə günü eyni vaxtda olduğundan 30% çoxdur.
Avronun bahalşaması, Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizə naminə kredit faizini artırmaq niyyətində olması ilə bağlı yayılan xəbərlərlə bağlıdır. Belə bir addım avro ilə ifadə olunan maliyyə alətlərinə investisiyaları daha sərfəli edəcək ki, bu da investorları yeni satmağa və Avropa valyutasını almağa həvəsləndirir.
Yen dollara nisbətdə də apreldən bu yana son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Yapon milli valyutasının dəyərdən düşməsi idxal mallarının, ilk növbədə enerjinin qiymətlərinin artmasına səbəb olur. (Marja)