Noyabr seçkiləri ərəfəsində ABŞ-da yekun debatlar bitdikdən sonra AMB iclası ərəfəsində avro cümə axşamı günü 3 aylıq minimumuna, meksikan pesosu isə 6 həftəlik maksimumuna çatmışdır.
Avro 0.1% azalaraq $1,0969 dollara çatdı və bununla da çərşənbə günü $1,0955 səviyyəsinə çataraq 3 aylıq minimumundan kənara çıxmadı.
İnvestorların marağında olan əsas məsələ AMB rəhbəri Mario Draqinin istiqrazların alış proqramını bankın ixtisar etməyə hazır olması ilə bağlı məsələni göstərib-görtərməyəcəyi olacaqdır. Keçən həftə mənbələrdən biri qeyd edirdi ki, AMB dekabra qədər proqramda istənilən dəyişikliyi dayandırıb saxlaya bilər.
Əsas valyutalar ABŞ-da prezidentliyə namizəd Donald Tramp və Hillari Klinton arasında gedən 3-cü və sonuncu debatlara zəif cavab verdi, meksikan pesosu isə öz mövqeyini gücləndirdi.
Dollar əsas valyutalar zənbilində çox az şəkildə dəyişdi və saat 9:40-da 97,998 qiymətinə çatdı. Dollar yenə münasibətdə 0.2% artaraq 103,62 yen təşkil etdi.
investing.com©