“Alibaba Group” nəhəng elektron ticarət resursunun sahibi Cek Ma “Forbes” jurnalının Asiyanın ən zəngin adamlarının reytinqində liderliyi əldən verib.
FED.az xəbər verir ki, APA-nın yazdığına görə, “Tencent Holdings” telekommunikasiya şirkətinin rəhbəri Ma Xuaten ilk dəfə reytinqdə birinci yerdə qərarlaşıb.
Məlumata görə, Ma Xuatenin sərvəti 37 mlrd. dollar, Cek Manın isə 36,4 mlrd. dollar təşkil edir.