Sentyabrda Azərbaycana Asiya İnkişaf Bankının (AİB) missiyası səfər edəcək.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, "Dövlət idarəetməsinin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyi" layihəsinə alt proqram üzrə missiya sentyabrın 25-dən oktyabrın 2-dək Bakıda olacaq.
Missiyanın məqsədi alt proqrama hazırlıq üçün məlumatların əldə olunmasıdır. AİB alt proqram çərçivəsində Azərbaycana 300 milyon dollar ayırmağı planlaşdırır.