2004-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən ümumilikdə Azərbaycana 4 milyard dollarlıq kredit verilib və bu vəsait tam ödənilib.
FED.az xəbər verir ki, bu sözləri bu gün Bakıda ADMEDİA reklam agentliyinin təşkilatçılığı ilə keçirilən "III Maliyyə və İnvestisiya Forumu 2022" tədbirində çıxış edən Asiya İnkişaf Bankının baş inzibatçısı Sənan Şabanov bildirib.
Onun sözlərinə görə, Asiya İnkişaf Bankı Azərbaycanda dövlət sektoru ilə yanaşı, özəl sektorla əməkdaşlıq edib. ADB tərəfindən indiyədək Azərbaycanda özəl sektora ayrılan vəsaitlərin həcmi 1 milyarda yaxındir. Maliyyələşmə meliorasiya, su kanalı, kanalizasiya layihələri və digər sahələri əhatə edib.